Xəzər Xəbər

Bakıda 12 otaqlı evdə yanğın baş verib

Hadisə | 11:35 • 20 Mart 2023
Bakıda 12 otaqlı evdə yanğın baş verib

Bakının Xətai rayonunda 12 otaqlı evdə yanğın olub.

Bu barədə Xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan fin tipli ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti