Xəzər Xəbər

Zavodda fəhlə dəzgaha yıxılaraq ölüb

Cinayət işi başlanıb
Hadisə | 11:28 • 13 Mart 2023
Zavodda fəhlə dəzgaha yıxılaraq ölüb

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Abşeron Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024