Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın söndürülüb YENİLƏNİB

FHN məlumat yayıb
Hadisə | 11:41 • 13 Mart 2023
Bakıda yaşayış binasında yanğın söndürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

11:19

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Xəbər lenti