Xəzər Xəbər

İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar

Hadisə | 14:10 • 29 Noyabr 2022
İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar

Paytaxt rayonlarında polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər. Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonunda müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyənləşdirilib.

Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Saxlanılan şəxslərin paytaxt ərazisində digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və 102 - Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.

Aşkarlanmış faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025
Qaxda ağır yol qəzası baş verib
Qaxda ağır yol qəzası baş verib
13:13 • 8 İyun 2025

Xəbər lenti

Çox oxunanlar