Xəzər Xəbər

Ağsuda kənd sakini vəhşi heyvanın hücumuna məruz qalıb

Hadisə | 15:58 • 29 Noyabr 2022
Ağsuda kənd sakini vəhşi heyvanın hücumuna məruz qalıb

Ağsunun Daşdəmirbəyli kəndinin sakini vəhşi heyvanın hücumuna məruz qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saat 20 radələrində baş verib. Belə ki, kəndin 36 yaşlı sakini Sakit Bağırov evinə gedərkən qəflətən vəhşi heyvan ona hücum edib. Özünü müdafiə etməyə çalışan Sakitin səsinə yaxınlıqdakı evlərdən gələnlər olub. Sonra vəhşi qaranlıqda qaçaraq yoxa çıxıb.

Əli və sifəti qan içində olan Sakit Bağırov xəstəxanaya çatdırılıb, ona lazımi tibbi yardım göstərilib.

Kənd sakini ona hücum edən vəhşinin vaşaq olduğundan şübhələnir. Çünki bir neçə ildir ki, gecələr həyətlərdə və küçələrdə heyvanlara hücum edən bu vəhşinin vaşaq olduğunu görənlər var.

Rubrikanın digər xəbərləri

Xəbər lenti