Xəzər Xəbər

Yolda DƏHŞƏT: Beş nəfər diri-diri YANDI FOTO

5 yaşlı uşaq öldü
Hadisə | 10:30 • 11 Avqust 2022
Yolda DƏHŞƏT: Beş nəfər diri-diri YANDI

Rostov vilayətində yük maşınının törətdiyi qəza nəticəsində 5 nəfər diri-diri yanıb.

Qəza Volqodonsk-Zimovniki yolunda qeydə alınıb. 

Yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində içərisində 5 nəfərin olduğu avtomobil alovlanıb. Biri uşaq olmaqla beş nəfər hadisə yerində ölüb.

“Ağır yük maşınının sürücüsünə yerindəcə tibbi yardım göstərilib, onun həyat yoldaşı və 5 yaşlı uşağı xəsarətlə xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilib. (lent.az) 

Xəbər lenti