Xəzər Xəbər

Mingəçevirdə hamilə qadın sevgilisi tərəfindən döyüldü

Hadisə | 12:54 • 4 Avqust 2022
Mingəçevirdə hamilə qadın sevgilisi tərəfindən döyüldü

Mingəçevirdə qadın sevgilisi tərəfindən döyülüb.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsində baş verib. Belə ki, Yevlax sakini, 1992-ci il təvəllüdlü Rəqsanə İsmayılova ilə qeyri-rəsmi münasibətdə olan Ağdam sakini, 2000-ci il təvəllüdlü C.Mustafayev arasında qısqanclıq zəminində kirayədə yaşadığı evdə mübahisə yaşanıb.

Mübahisə zəminində C.Mustafayev qadını döyüb. Qadın xəstəxanaya müraciət edib.İlkin məlumata görə, onun hamilə olduğu deyilir. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, tərəflər Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət olunub:

“Hazırda Təhqiqat Bölməsində məsələ ilə bağlı araşdırma aparılır. Qadının döyülərək küçəyə atılması barədə yayılan məlumatlar əsassızdır”.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, 04.08.2022-ci il tarixində saat 08:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə 1992-ci il təvəllüdlü qadın gətirilib:

 “Qadın bədəninin müxtəlif növ nahiyələrinin qapalı travması diaqnozu ilə xəstəxananın Təcili  Tibbi Yardım Bölməsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Rentgen və ultrasəs müayinələrdən (USM) keçirilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb”.

Rubrikanın digər xəbərləri

Bakıda iki avtomobil toqquşub
Bakıda iki avtomobil toqquşub
09:15 • 25 Fevral 2024
Sarayda çoxmənzilli binada baş verən yanğın
Sarayda çoxmənzilli binada baş verən yanğın SÖNDÜRÜLDÜ
00:13 • 25 Fevral 2024
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ FOTO
12:01 • 24 Fevral 2024
Yevlaxda iki maşın toqquşdu
Yevlaxda iki maşın toqquşdu ÖLƏN VAR
09:09 • 23 Fevral 2024
Gədəbəydə 52 yaşlı kişi
Gədəbəydə 52 yaşlı kişi BIÇAQLANDI
09:02 • 23 Fevral 2024
Ağcabədidə maşın piyadanı vurub
Ağcabədidə maşın piyadanı vurub ÖLDÜRDÜ
09:09 • 21 Fevral 2024
Kamil Zeynallı Rusiyada SAXLANILDI
Kamil Zeynallı Rusiyada SAXLANILDI ŞOK SƏBƏB
01:50 • 21 Fevral 2024

Xəbər lenti