Xəzər Xəbər

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub

Hadisə | 12:17 • 4 Avqust 2022
Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

XəzərXəbər "report"a istinadən xəbər verir ki, mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

Xəbər lenti