Xəzər Xəbər

Azərbaycanda ŞOK HADİSƏ – Sərxoş halda polisə və övladlarına xəsarətlər yetirdi

Hadisə | 11:18 • 28 Oktyabr 2021
Azərbaycanda ŞOK HADİSƏ – Sərxoş halda polisə və övladlarına xəsarətlər yetirdi

Tərtər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, Tərtər şəhəri Elman Hüseynov küçəsində sürücülük hüququ verən sənədi olmayan, sərxoş halda olan 1997-ci il təvəllüdlü Sahibli Sahib Mübariz oğlu idarə etdiyi “Vaz 2109” markalı minik avtomobili ilə Tərtər rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1988-ci il təvəllüdlü Mehdiyev Nicat Qaçay oğlunun sürdüyü “VAZ 2107”ni vurub.

Nəticədə Nicat Mehdiyev və maşında olan 2 övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti