Xəzər Xəbər

Azərbaycanda dəhşət: 8 yaşlı uşağa bu iynə vuruldu, həyatını itirdi

Hadisə | 09:35 • 26 Oktyabr 2021
Azərbaycanda dəhşət: 8 yaşlı uşağa bu iynə vuruldu, həyatını itirdi

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

XəzərXəbər xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /Report

Xəbər lenti