Xəzər Xəbər

FHN: Ötən sutka 8 nəfər xilas edilib

Hadisə | 12:15 • 23 Sentyabr 2021
FHN: Ötən sutka 8 nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 52 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 5 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla səkkiz nəfər xilas edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti