Xəzər Xəbər

Şirvanda FACİƏ: laqonda ilə qolunu kəsdi

Hadisə | 19:55 • 29 İyul 2021
Şirvanda FACİƏ: laqonda ilə qolunu kəsdi

Şirvan sakini ehtiyatsızlıqdan laqonda ilə qolunu kəsib.

XəzərXəbər “Report”a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Gözəlov Samir Samid oğlu laqonda ilə ağac doğrayarkən ehtiyatsızlıqdan öz qolunu kəsib. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti