Xəzər Xəbər

Azərbaycanda bəy və gəlin toya buraxılmadı

Hadisə | 435 | 09:28 • 29 İyul 2021
Azərbaycanda bəy və gəlin toya buraxılmadı

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

Növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında kecirilib.

Məlum olub ki, bəy İsaq Cabir oğlu Səmədov və gəlin Səbinə Əlvan qızı Qurbanova vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar./Report

Xəbər lenti