Xəzər Xəbər

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bir gündə 1224 nəfər COVID-19-dan sağalıb
Hadisə | 19:23 • 26 Aprel 2021
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 0007 nəfərdir.

Xəbər lenti