Xəzər Xəbər

Bakıda evdən külli miqdarda qızıl aparılıb

Hadisə | 16:31 • 27 Mart 2021
Bakıda evdən külli miqdarda qızıl aparılıb

Paytaxtın Suraxanı rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Suraxanı rayonu ərazisindəki evlərin birindən üç min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, qardaşı S.Mustafayev və S.Məmmədov rayon polis idarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.

Faktla bağlı təhqiqat davam etdirilir.

Xəbər lenti