Xəzər Xəbər

Sumqayıtda qadının başına "şifer" düşdü - Vəziyyəti ağırdır

Sumqayıtda güclü külək zamanı qadının başına dam örtüyü düşüb
Hadisə | 18:43 • 23 Mart 2021
Sumqayıtda qadının başına "şifer" düşdü - Vəziyyəti ağırdır

Sumqayıtda dam örtüyü 42 yaşlı qadının başına düşüb.

XəzərXəbər APA-ya istinadən bildirir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, güclü külək yaşayış binasının dam örtüyünü qoparıb, dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb. Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb.

S. Rəsulova hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.

Xəbər lenti