Xəzər Xəbər

Bakıda avtomobil qaçırılıb

Hadisə | 18:24 • 13 Mart 2021
Bakıda avtomobil qaçırılıb

Martın 10-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə R.Rəhimova məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dəmirov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Balaxanı qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin martın 8-də “VAZ” markalı avtomobil qaçırması da müəyyənləşdirilib. Həmin avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti