Xəzər Xəbər

Salyanda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Hadisə | 15:30 • 10 Dekabr 2020
Salyanda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Salyanda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən Xezerxeber.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və ərzaq məhsulları, "KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən rayon sakini R.Əhmədov saxlanılıb. Onda heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun həmyerliləri N.Abdullayev və N.Əhmədovla birgə "BMW” markalı avtomobildən iki ədəd mobil telefon, V.Haqverdiyevə məxsus təmir-tikinti alətləri, bir yardımçı təsərrüfatdan kondisioner və avtomobillərin təmiri sexlərinin birindən televizor oğurlamaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə N.Abdullayev və N.Əhmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Sevinc 

Xəbər lenti