Xəzər Xəbər

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Hadisə | 13:53 • 10 Dekabr 2020
Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, dekabrın 9-u saat 8 radələrində Nərimanov rayonunun Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Fatma Delşadı vurub. Nəticədə piyada xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.


Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Nərmin

Xəbər lenti