Xəzər Xəbər

Ermənistan koronavirusa təslim olur

Hadisə | 14:15 • 15 Noyabr 2020
Ermənistan koronavirusa təslim olur

Ermənistanda koronavirusa yoluxanların sayı 117 337 nəfərə çatıb.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, son sutka ərzində 1 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.


Bundan başqa, daha 25 nəfərin ölümü qeydə alınıb.


Bu günədək Ermənistanda 1 763 nəfər koronavirusdan ölüb, 40 140 nəfərin müalicəsi isə davam edir.


Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Xəbər lenti