Xəzər Xəbər

Lənkəranda faciəvi hadisə - Ölən və yaralananlar var

Hadisə | 14:50 • 10 Sentyabr 2020
Lənkəranda faciəvi hadisə - Ölən və yaralananlar var

Sentyabrın 9-da saat 10 radələrində Lənkəran rayonunda ağır yol qəzası baş verib.


XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Girdəni kəndi ərazisində Günəhir kənd sakini A.Fərəcovun idarə etdiyi "Shacman” və İstisu qəsəbə sakini M.Kəlbiyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə M.Kəlbiyevin sərnişinlərindən Mahir Əhmədov hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.


Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti