Xəzər Xəbər

Göygöldə qonşusuna xəsarət yetirən şəxs tutuldu

Hadisə | 10:23 • 24 Avqust 2020
Göygöldə qonşusuna xəsarət yetirən şəxs tutuldu

Göygöl rayonunda qonşusunun qarın nahiyəsinə armatur parçası ilə xəsarət yetirən şəxs saxlanılıb.


Göygöl rayon sakini, 40 yaşlı Natiq Niftəliyevlə qonşusu 20 yaşlı Nazim Abbaslı arasında mübahisə yaranıb. Mübahisəyə isə tərəflərin övladları arasındakı mübahisə səbəb olub. Bu zaman N.Abbaslı armatur parçası ilə N.Niftəliyevin qarın nahiyəsinə xəsarət (kəsilmiş və deşilmiş) yetirib.


Yaralı öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.


Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.


Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti