Xəzər Xəbər

Bakıda böyük supermarketlərdə reyd keçirildi

Hadisə | 11:12 • 18 Avqust 2020
Bakıda böyük supermarketlərdə reyd keçirildi

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.


XəzərXəbər xəbər verir ki, Binəqədi Rayon İcra hakimiyyəti, Binəqədi RPİ və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində "Araz”, Mircəlal küçəsində "Bolmart” və "Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar.


Ümumilikdə 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.

Xəbər lenti

Çox oxunanlar