Xəzər Xəbər

Bakıda 133 min manatlıq dələduzluq edən şəxs tutulub

Hadisə | 13:46 • 29 İyul 2020
Bakıda 133 min manatlıq dələduzluq edən şəxs tutulub

Paytaxtda silah gəzdirən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, üzərində silah gəzdirdiyinə görə tutulmuş E.Əliyevin ətrafında Səbail və Nərimanov Rayon Polis idarələrinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldaıb 119 min 500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13 min 500 manat pullarını alması da müəyyən olunub.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti