Xəzər Xəbər

Şəmkirdə qadına qarşı cinayət törədən şəxs saxlanılıb

Hadisə | 15:24 • 22 İyul 2020
Şəmkirdə qadına qarşı cinayət törədən şəxs saxlanılıb

İyulun 20-də saat 2 radələrində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan qadının evinə girmiş həmkəndlisinin onu döyərək, hədə-qorxu gəlib 300 manat pul və qızıl-zinət əşyaları tələb etməsi barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hədə-qorxu ilə pul və qızıl-zinət əşyaları tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Xəbər lenti