Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri keçdi

Hadisə | 12:53 • 1 İyul 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 26 min nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 26 065 nəfərə çatıb.


Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 523 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.


Bugünədək Ermənistanda 453 nəfər koronavirusdan ölüb, 11 049 nəfərin müalicəsi isə davam edir.


Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Xəbər lenti