Xəzər Xəbər

Çayda qayıq batdı: onlarla ölü və itkin düşən var

Hadisə | 14:28 • 29 İyun 2020
Çayda qayıq batdı: onlarla ölü və itkin düşən var

Banqladeşin Buriqanqa çayında "Morning Bird" adlı sərnişin qayığı batıb.


"Moyour-2" adlı başqa bir qayıqla toqquşan qayığın çevrilməsi nəticəsində 28 nəfər ölüb. Onlardan 3-ü azyaşlıdır.


Məlumata görə, bəzi insanlar üzərək sahilə çıxmağı bacarsa da, onlarla insan itkin düşüb. Onların axtarışı xilasetmə briqadaları və donanma tərəfindən davam etdirilir.


Qayıqda 50-60 sərnişinin olduğu bildirilir./Publika.az

Xəbər lenti

Çox oxunanlar