Xəzər Xəbər

Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb - FOTO

Hadisə | 14:15 • 27 İyun 2020
Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb -

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat tədbiri keçiriblər.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz silah gizlətməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbiri nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman "Makarov” markalı tapança, bir daraq və dörd patron aşkarlanaraq götürülüb. Şamil Həsənov ifadəsində silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapdığını və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini bildirib.


Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti