Xəzər Xəbər

Avtomobilin içində ölü tapıldı Səbəbi BİLİNMİR

Hadisə | 10:30 • 18 May 2020
Avtomobilin içində ölü tapıldı

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda 20 ildir küçədə yaşayan 53 yaşlı Muammer Ergül xarab avtomobilin içində ölü tapılıb.

"Haber 7" xəbər verir ki, Ergülün ölüm səbəbini müəyyən etmək mümkün olmayıb. Bunun üçün onun cəsədinin yarılacağı bildirilir.

Ergül bir müddət İzmir Tepecik Tədris və Tədqiqat Xəstəxanasında ağciyər xərçənginə görə müalicə olunub. Lakin müalicəsini yarımçıq qoyaraq oranı tərk edib.

Prokurorluq araşdırmasından sonra Ergülün cansız bədəni yarılmaq üçün morqa aparılıb./publika.az

Xəbər lenti