Xəzər Xəbər

Şəmkirdə güclü yanğın

Hadisə | 21:20 • 17 May 2020
Şəmkirdə güclü yanğın

Şəmkir rayonunda kafelərin birində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib.

Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti