Xəzər Xəbər

Xəstəxanadan qaçan pasiyent bütün ailəsini koronavirusa yoluxdurdu

Hadisə | 18:19 • 30 Aprel 2020
Xəstəxanadan qaçan pasiyent bütün ailəsini koronavirusa yoluxdurdu

Xəstəxanadan qaçan pasiyent tutulub stasionar şöbəyə qaytarılana qədər bütün ailəsini koronavirusa yoluxdurub.

RT-nin məlumatına görə, hadisə Rusiyanın Blaqoveşensk şəhərində qeydə alınıb.

Tibb işçiləri onun ailəsini koronavirus testindən keçirib. Məlum olub ki, ailədə bir aylıq körpə uşaq da daxil olmaqla, beş nəfər COVID-19-a yoluxub.

Ailənin yaşadığı mənzil və binanın girişi dezinfeksiya olunub. Karantin qaydalarının qorunmasına polis nəzarət edir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pasiyentxəstəxananın birinci mərtəbəsindəki pəncərədən qaçıb. Ona qarşı cinayət işi qaldırılıb. Qayda pozucusunu 700 min rubla (16 000 AZN) qədər cərimə, yaxud iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti