Xəzər Xəbər

Bakıda narkotik alan və satan ələ keçdi

Hadisə | 11:47 • 27 Aprel 2020
Bakıda narkotik alan və satan ələ keçdi

Bakıda üzərilərində narkotik vasitə olan şəxslər saxlanılıb.

XəzərXəbər xəbər verir ki, Nərimanov RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1981-ci il təvəllüdlü F.Əbdülrəhmanov və 1968-ci il təvəllüdlü E.Bağırov tutulub.

Axtarış zamanıF.Əbdülrəhmanovun üzərindən 0,04 qram metadon, ona narkotik vasitəni satan E.Bağırovdan isə 18,596 qram heroin, 1,077 qram metamfetamin və 12 qram metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti