Xəzər Xəbər

Kanadada silahlı hücum - 16 nəfər öldürüldü

Hadisə | 11:51 • 20 Aprel 2020
Kanadada silahlı hücum - 16 nəfər öldürüldü

Kanadada silahlı şəxsin hücumu nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Yeni Şotlandiya vilayətində yaşayan 51 yaşlı Qabriel Uortman gecə saatlarında Portalik şəhərində və daha sonra bir sıra digər yaşayış məntəqələrində insanlara atəş açıb.

Cinayətkarın tutulması üçün 12 saat davam edən əməliyyat nəticəsində polis əməkdaşı öldürülüb, daha biri yaralanıb. 51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub və patrul avtomobilində hərəkət edib.

Cinayətkarın qurbanlarının sayının artacağı istisna edilmir./publika.az

Xəbər lenti