Xəzər Xəbər

Mahaçqalada hamilə qadın koronavirusdan ölüb

Hadisə | 14:01 • 16 Aprel 2020
Mahaçqalada hamilə qadın koronavirusdan ölüb

Dağıstanın paytaxtı Mahaçqala şəhərindəhamilə qadın koronavirusdan ölüb.

Bu barədə "Baza” "Telegram”kanalı xəbər yayıb.

Bildirilir ki, 27 yaşlı dağıstanlı qadın Maydat Saydullayeva kənddən Xasavyurtdakı xəstəxanaya özü gəlib. Oradan isə gənc qadın dərhal Mahaçqalada Respublika İnfeksion xəstəxanasına köçürülüb.

Qadına COVID-19 və ikitərəfli sətəlcəm diaqnozu qoyulub.

Maydatın vəziyyəti ağır olduğundan o, həmin axşam ölüb.

Xəbər lenti