Xəzər Xəbər

Yevlaxda qəza: yük maşını ilə “Mersedes” toqquşdu

Hadisə | 17:56 • 8 Mart 2020
Yevlaxda qəza:

Yevlax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Aşağı Qarxun kəndində qeydə alınıb.

Yük avtomobilinin "Mersedes" markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilində olan Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Rafael Əliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti