Xəzər Xəbər

Borcu olan 21 nəfər saxlanılıb

Hadisə | 10:34 • 4 Mart 2020
Borcu olan 21 nəfər saxlanılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 24 cinayətin üstü açılıb.


Bakı şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, onlardan 11-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Soyğunçuluq üzrə 2, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 9 faktın açılması tədbirlərlə təmin olunub.


Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.


İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xəbər lenti