Bakıda, Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Hyundai" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralı halda 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Qəza nəticəsində "Tofaş" markalı avtomobil iki hissəyə ayrılıb. Digər avtomobil isə işıq dirəyinə çırpılıb.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Hadisənin görüntüsünü təqdim edirik: