Xəzər Xəbər

Azərbaycanda daha bir dəhşətli yanğın ÖLƏN VAR

Hadisə | 13:12 • 11 Fevral 2020
Azərbaycanda daha bir dəhşətli yanğın

Gədəbəy rayonunun Düz Rəsullu kəndində ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti