Xəzər Xəbər

Cəbhəyanı ərazidən silah-sursat aşkar edilərək götürülüb

Hadisə | 13:07 • 15 Yanvar 2020
Cəbhəyanı ərazidən silah-sursat aşkar edilərək götürülüb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları odlu silah-sursatın aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan XəzərXəbər-ə bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olarkən Qaradağlı kəndi ərazisindəki boş sahədən təklüləli ov tüfəngi, nömrəsi silinmiş "Makarov” tapançası, 52 ədəd pulemyot patronu, 3 boş giliz və bir kiçik fişəngatan aşkarlanaraq götürüblər.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində təhqiqat aparılır.

Xəbər lenti