Xəzər Xəbər

Bakıda yaşayış binası yanıb, üç nəfər tüstüdən boğularaq ölüb

Hadisə | 08:53 • 10 Yanvar 2020
 Bakıda yaşayış binası yanıb, üç nəfər tüstüdən boğularaq ölüb

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.


FHN-dən xezerxeber.az-a bildirilib ki, yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti