Xəzər Xəbər

FHN Sumqayıtda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə | 15:18 • 4 Yanvar 2020
FHN Sumqayıtda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıtda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.


Xezerxeber.az-ın xəbərinə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti