Qobustandakı qəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Bakı-Şamaxı yolunun 90-cı kilometrində "Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılaraq aşması nəticəsində Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacı Şahmar oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlu isə hadisə yerində dünyasını dəyişiblər. (APA)