Xəzər Xəbər

Bakıda evdə kişi meyiti aşkarlanıb

Hadisə | 16:36 • 25 Oktyabr 2019
Bakıda evdə kişi meyiti aşkarlanıb

Bakıda evdə meyit aşkarlanıb.


Bu barədə xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Əsgərov Tofiq Surxay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti