Xəzər Xəbər

Paytaxtda quldurluq edən şəxs tutulub

Hadisə | 16:41 • 7 Oktyabr 2019
Paytaxtda quldurluq edən şəxs tutulub

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbə sakini Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olmuş 5 nəfərin ona fiziki zor tətbiq edərək 400 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.


Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov Baş İdarə və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar