Xəzər Xəbər

Bakıda sərxoş sürücü 16 yaşlı qızı maşınla vuraraq öldürüb

Hadisə | 11:11 • 30 Sentyabr 2019
Bakıda sərxoş sürücü 16 yaşlı qızı maşınla vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə Xətai rayonu, "Ukrayna" dairəsi yaxınlığında qeydə alınıb. 1990-cı il təvəllüdlü Cəmil Atabalayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Xətai rayon Polis İdarəsi tərəfindən C. Atabalayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti