Xəzər Xəbər

Bakıda taksi sürücüsü xanım sərnişini şoka saldı

Hadisə | 14:29 • 27 Sentyabr 2019
Bakıda taksi sürücüsü xanım sərnişini şoka saldı

Bakıda soyğyunçuluq etmiş taksi sürücüsü tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 25-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində G.Məmmədova sərnişin qismində getdiyi avtomobildən düşərkən sürücü onun ödəniş etdiyi 100 manat pulu açıq talama yolu ilə aparıb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini R.Mövlayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti