Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Zəhmət kəndində olub.
Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan biri, 1982-ci il təvəllüdlü Əfşan Qəhrəmanovun xəsarəti ağır olduğundan o, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Digər iki yaralının vəziyyəti isə qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.