Xəzər Xəbər

Azərbaycanda dəhşətli hadisə 14 yaşlı oğlanın meyiti tapıldı

Hadisə | 15:17 • 22 Sentyabr 2019
Azərbaycanda dəhşətli hadisə

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb. Nəticədə orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar