Xəzər Xəbər

Bakıda avtobus QƏZASI Ölən və yaralananlar var

Hadisə | 14:58 • 2 Avqust 2019
Bakıda avtobus QƏZASI

Bakıda 49 nömrəli sərnişin avtobusu minik maşını ilə toqquşub.

Hadisə Sabunçu rayonu, R.Rüstəmov küçəsi 86 ünvanında baş verib.

Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətləriorta-ağırdır.

Xəbər lenti