Azərbaycanda daha bir gənc dənizdə batıb.
XəzərXəbər xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Niyazoba kəndində dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, dənizdə batan şəxs Xaçmaz şəhər sakini olan 27 klarnet ifaçısı Pənah Əkbərovdur.